Accessibility links

ABŞ-da 2016-cı il prezidentliyə Demokrat namizədlər bazar günü İranla əldə olunan nüvə razılığının və İrandakı ABŞ vətəndaşlarının azadlığa buraxılmasını Tehranla münasibətlərin bərpasında müsbət bir addım kimi qiymətləndirib.

Bazar günü Cənubi Karolinanın Çarlston şəhərində çıxış edən sabiq dövlət katibi Hillari Kliton İranla razılığı alqışlayıb və bu razılığın əldə olunmasında öz rolunun olduğunu ifadə edib.

“Mən prezidentin bu hərəkətinin bir hissəsi olduğuma görə şadam. Mən İrana təzyiq göstərən sanksiyaların tətbiq olunmasında da rol oynamışam. Bu sanksiyalar onların danışıq masasına oturmağa vadar etdi və nəticədə razılıq əldə olundu. Hələ ki, onlar razılığın tələblərini qarşılayırlar. Amma məncə biz yenə də onları diqqətlə izləməliyik”.

Vermont senatoru Berni Sanders nüvə razılığının “çox müsbət” olduğunu və iki ölkə arasında münasibətlərin təmkinlə bərpa olunmalı olduğunu deyib.

“Düşünürəm ki, biz İranla münasibətlərin yaxşılaşması üçün aqressiv şəkildə hərəkətə keçməliyik, çünki biz anlayırıq ki, biz İranın bir çox sahədə etdiyi əməllərlə razılaşmırıq”.

Ən son keçirilən rəy sorğuları Ayovada Klinton və Sandersin eyni dəstəyə sahib olduğunu, Nyu Hempşirdə isə Sandersin 14 faizlə Klintondan öndə getdiyini göstərir.

XS
SM
MD
LG