Accessibility links

Bazar günü Miçiqan ştatında ABŞ prezidentliyinə iki demokrat namizəd Hillari Klinton və Berni Sanders arasında debat keçirilib.

Hillari Klinton

Hillari Klinton

Klinton televiziyada yayımlanan debat zamanı tamaşaçılara partiyasının vahid namizədi seçildiyi təqdirdə hazırda respublikaçılar tərəfindən öndə gedən milyarder Donald Trampa qarşı yarışmağa hazır olduğunu deyib.

Debat Miçiqanın Flint şəhərində keçirilib. Orada 100 minə yaxın sakin artıq bir neçə aydır zəhərli su böhranı ilə üzləşir. Federal, ştat və yerli rəsmilər isə bu problemi həll etməyə çalışır.

Debat zamanı Klinton və Sanders beynəlxalq ticarət, silahlara nəzarət qanunları və seçki kampaniyasının maliyyələşdirilməsi istiqamətində islahatlarla bağlı fərqli fikirlər səsləndiriblər.

Berni Sanders

Berni Sanders

Miçiqanda ilkin seçkilər çərşənbə axşamı keçiriləcək.

Keçmiş birinci xanım və dövlət katibi olan Klinton nümayəndələr sayına görə demokrat namizədlər arasında öndə gedir.

Buna baxmayaraq, Sanders regionda iş yerlərinin azalmasına səbəb olduğu deyilən beynəlxalq ticarət razılıqlarına qarşı mövqeyinə görə Ohayo, İllinoys və Missuri kimi digər mərkəzi ştatlarda qələbə çalacağına ümid edir.

Şənbə günü Sanders mərkəzi ştatlar olan Kanzas və Nebraskada, bazar günü isə Meyn ştatında keçirilən kokusda Klinton üzərində qələbə çalıb.

XS
SM
MD
LG