Accessibility links

Demokratlarla Respublikaçılar arasında varlılar üçün vergilərə dair mübahisə qızışır


Demokratlarla Respublikaçılar arasında varlılar üçün vergilərə dair mübahisə qızışır
Demokratlarla Respublikaçılar arasında varlılar üçün vergilərə dair mübahisə qızışır

Kiçik bizneslə məşğul olan Mayk Anderson vergilərin onun biznesinə təsirindən danışır

Prezident Barak Obamanın müvəqqəti olaraq vergi ixtisarını hər gəlir səviyyəli insanlara şamil edilməsi barədə bəyanatı qəbul olunarsa Demokratlarla Respublikaçılar arasında varlılar üçün vergilərə dair mübahisə qızışacaq. Zəif iqtisadi inkişaf və borcların artıqğı dövrdə bir çox Demokrat qanunvericilər yüksək gəlirli insanları çıxmaq şərti ilə vergi ixtisarını bütün insanlara şamil etmək istəyiblər. Respublikaçılar ümumiyyətlə heç kimin vergisinin artırılmamasına təkid edirlər, və belə görünür ki, mübahisəni udmaq üzrədirlər. Mayk Anderson Virciniya ştatında, Aleksandriya şəhərində yerləşən Manqo Mayk Karibbian restoranının sahibidir. İldə satışdan üç milyon dollar gəlir götürən Mango Maykın onlarla işçisi var. Restoran kifayət qədər gəlir gətirir, və Anderson öz restoranını genişləndirə bilər. Miayk Anderson: "Biz təzəcə hisləmə" manqalı almışıq. Anderson gələn il qızartma və iki başqa yemək növü ilə fərqlənən yeni restoran açmağı planlaşdırır. Mayk Anderson: "Biz Del Ray-da 560 kvadrat metr sahəsi olan ən böyük restoran açacayıq." Lakin Anderson narahatdır. Hətta ən optimal vəziyyətdə, vergi və rüsumlar restoranın onsuz da cüzi olan mənfəətini bir az da azaldır. O, qiymətləri artırsa müştəriləri itirmək problemi ilə üzləşə bilər. Və vergi artımı onu xüsusilə narahat edir. Mayk Anderson: "Fərqi yoxdur, vergi nə qədər qalxırsa qalxsın biz vergiyə verdiyimiz pulu müştərilərdən toplaya bilmərik. Ona görə də biz vergi artımını qəbul edərək ya işçilərin sayını azaltmalıyıq, ya da bu cür yeni proyektləri maliyyələşdirməməliyik." Respublikaçılar vergi artımının iş yerləri yaradan Anderson kimi kiçik iş adamlarına yaratdığı problemlərə istinad edirlər.

Demokratlarla Respublikaçılar arasında varlılar üçün vergilərə dair mübahisə qızışır
Demokratlarla Respublikaçılar arasında varlılar üçün vergilərə dair mübahisə qızışır

Demokratlar biznesləri cəzalandırmaq istəmədiklərini bildirirlər. Əksinə, onlar yüksək vergi reytlərini Klinton administrasiyası dövründəki səviyyəyə endirmək istəyirlər. O zaman Birləşmiş Ştatlar federal defisiti artıma çevirdi və on illikdə ən böyük iqtisadi artım dövrü yaşadı. Prezident Obama vergi ixtisarını varlılara da şamil etməkdənsə, vergini orta sinif üçün yüngülləşdirməyin daha faydalı olacağını düşünməkdə davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG