Accessibility links

ABŞ Birgə Hərbi Qərargahlar rəisi Amerikanın İrandan gələn təhdidlərdən müdafiə məqsədi ilə İsrailə hərbi yardımlarını davam etdirəcəyində əmin edib.

General Martin Dempsi Qüdsdə səfərdə ikən bildirib ki, Amerika İsrailin hava və raketlərdən müdafiə sistemi, habelə kiber və dəniz təhlükəsizliyinin inkişafına yardım göstərəcək.

The New York Times qəzetinin yazdığına görə, İsrail rəsmiləri regional düşmənlərdən müdaiə məqsədi ilə keyfiyyətli hərbi profilaktika proqramının uzadılmasını istəyib. Məlumatda deyilir ki, bu, təkcə İranla nüvə razılığı əldə ediləcəyinə dair narahatlıqla deyil, Amerikanın Tehrandan ehtiyat edən ərəb ölkələrinə yardımı ilə də bağlıdır.

Dempsi İranla razılıq əldə edilməsini o ölkənin regionda nüvə qüdrəti olmaqdan uzaqlaşdırmaq mahiyyəti daşıyır.

Birgə qərargahlar rəisi Vaşinqtonun İranın regiona olan təhlükəsindən xəbərdar olduğunu və müttəfiqləri ilə bu risklərə cavab yollarını müzakirə etdiyini deyib.

General oktyabr ayında təqaüdə çıxmazdan öncə İsrailə beşinci və sonuncu səfərini edib.

XS
SM
MD
LG