Accessibility links

İlk baxışda Deni Devito qadınların zövqünü oxşamayan kişi təsiri bağışlayır. Amma əslində bu, belə deyil. Deni Devito ilə həyat yoldaşı Rea Perlmendin boşanma xəbəri hamını təəccübləndirdi.

Amma yeni əldə etdiyimiz xəbər daha təəccüblüdür. Sən demə boşanmaya səbəb Deninin şorgözlüyü olub.

Radaronline veb səhifəsinə istinadən 67 yaşlı aktyor qadın düşkünüdür və mənbəyə istinadən Deni kino dünyasına daxil olmaq həvəsində olan gənc qızlarla münasibət qurmaqla statusunu itirməkdən ehtiyat etmir.

Və illər uzunu buna göz yuman Rea artıq hər şeydən cana doyub.

Şaiyələrdən belə çıxır ki, bu günədək bu gülməli aktyor haqda çox şeyi bilməmişik.

Mənbə boşanmanın on ildir ki, gündəmdə olduğunu və cütlüyün uzun müddət idi ki, evliliklərindən narazı olduğunu iddia edir.
XS
SM
MD
LG