Accessibility links

Devin Nuns etika qanunlarını pozmaqda günahlandırılır

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nuns müvəqqəti olaraq vəzifəsindən istefa verib. Qərar Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsinə dair araşdırmalar zamanı ona qarşı irəli sürülən etika şikəyətlərinə görə verilib.

Nümayəndələr Palatasının Etika Komitəsi Nunsun ötən ay mətbuat konfransı zamanı məxvi məlumatlara malik olduğuna dair açıqlama verməsi ilə bağlı araşdırma aparır.

Nuns bir neçə solçu fəal qruplarını ona qarşı yersiz ittihamlar irəli sürməkdə günahlandırıb. O, məxfi məlumatların təsadüfən əlinə keçdiyini deyib.

Democracy 21 və Etika Məsuliyyəti Daşıyıcıları qrupları Nunsu etika qanunlarını pozmaqda günahlandırıb. Baxmayaraq ki, o, məlumatları açıqlamayıb.

Nuns ittihamları əsassız adlnandıraraq, istefasının Kəşfiyyat Komitəsinin maraqlarına xidmət etdiyini bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG