Accessibility links

Urmiyə Universitetinin tələbə dərgisi latin əlifbası işlətdiyi üçün qapadılıb


Dəniz Dərgisi

Dəniz Dərgisi

Dəniz dərgisi türk və fars dillərində nəşr edilirdi

Urmiyə Universiteti Nəşrlərə Nəzarət Komitəsi daha əvvəl nəşrinə 6 aylıq qadağa qoyduğu Dəniz adlı “türkcə-farsca öyrənci dərgisi”nin daimi olaraq qapadılmasına dair qərar çıxarıb.

Nəzarət Komitəsinin dərginin direktoru Yasir Rəncbəriyə unvanladığı məktubda yazılanlara görə, “etnik məsələləri qaldırmaq, milli birliyə zərər vermək kimi xətalar və 14-cü sayıda Latin əlifbasından istifadə etdiyi üçün Dəniz dərgisinin daimi olaraq qapadılmasına qərar verilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, universitet məsulları daha əvvəl Atatürkün şəklinin dərginin qapağında dərc edilməsi, həmçinin Seyid Cəfər Pişəvəri haqqında yazıların yayılması ilə əlaqədar dərgi əməkdaşlarına xəbərdarlıq vermişdilər.

Urmiyə Universiteti

Urmiyə Universiteti

Güneyli fəallar keçən 20 ildə universitetlərdə türk dilində yayılan tələbə dərgilərinin gənclər arasında milli şüurun yüksəlməsində önəmli rol oynadığını önə çəkirlər.

Show comments

XS
SM
MD
LG