Accessibility links

Əsrin sonunadək dəniz səviyyəsi bir metr artacaq


Melting blocks of ice float near the Pastoruri glacier in Huaraz, Peru, Dec. 4, 2014.

Melting blocks of ice float near the Pastoruri glacier in Huaraz, Peru, Dec. 4, 2014.

ABŞ-ın Milli Fəza Agentliyi xəbərdarlıqla çıxış edir

ABŞ-ın Milli Fəza Agentliyinin (NASA) administratoru deyir ki, əsrin sonunadək dəniz səviyəsinin bir faiz artacağı barədə xəbərdarlıq edən yeni məlumata diqqət yetirilməlidir.

Okeanın genişlənməsi, qızması və buzlaqların dənizlərə su əlavə etməsi barədə bildiklərimizi nəzərə alaraq, tam əminliklə 2100-cü ilədək dəniz səviyyəsinin 0,91 metr və bəlkə də daha çox artacağını deyə bilərik

“Bu, qəti və təhlükəli səslənir, amma təbiət belədir,” deyə Çarlz Bolden Cunior Amerikanın Səsinə bildirib.

Bundan öncə çərşənbə günü ABŞ-da NASA alimləri jurnalistləri araşdırmaları barədə məlumatlandırıblar. Bu araşdırmaya əsəsən 1992-ci ildən bəri qlobal dəniz səviyyəsi orta hesabla 8 santimetr artıb. Bu isə qızan sular və əriyən buzların nəticəsidir.

“Okeanın genişlənməsi, qızması və buzlaqların dənizlərə su əlavə etməsi barədə bildiklərimizi nəzərə alaraq, tam əminliklə 2100-cü ilədək dəniz səviyyəsinin 0,91 metr və bəlkə də daha çox artacağını deyə bilərik,” deyə Kolorado Universitetinin aerokosmik mühəndislik elmləri üzrə professoru və NASA-nın Dəniz Səviyyəsinin Dəyişməsi komandasının üzvü Stiv Nerem bildirib.

Bu göstərici əsasən də Asiya üçün vacibdir, çünki orada 150 milyondan çox insan hazırkı dəniz səviyyəsindən bir metr aşağıda yaşayır.

“Biz bu datada yazılanlara diqqət yetirsək dəyişiklik edə bilərik,” deyə Amerikanın Səsinə müsahibəsi zamanı təqaüdə çıxmış ABŞ dəniz piyada korpusunun general-mayoru və sabiq astronavt Bolden bildirib.

Gələn bazar ertəsi Tailandın paytaxtında NASA-nını rəhbəri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Asiya Fəlakətə Hazırlıq Mərkəzi (ADPC) ilə birgə inkişaf layihəsi SERVIR-Mekong üçün regional beşillik geokosmik məlumat bazası ilə bölüşəcək.

30 illik Yer kürəsi elmləri datası, habelə gündəlik yer-müşahidə peyklərinin canlı datasından istifadə edərək layihə Kambodiya, Laos, Myanmar, Tailand və Vyetnamda qanuvericilərə və fermerlərə iqlim dəyişikliyinin təsirlərini azaltmağın yollarını göstərəcək. Bundan əlavə quraqlıq zamanı yardım, ərzaq planlaşdırması, fəlakətə hazırlıq və yardım yolları müəyyən ediləcək.

“SERVIR-Mekong sizə və hakimiyyətimizdəki insanlara, alimlərə və fermerlərə iqlimin niyə dəyişdiyini anlamağa kömək edəcək,” deyə NASA-nın administratoru ümumdünya “Ətraf Mühitə Fayda üçün Qlobal Öyrənmə və Müşahidələr Proqramında iştirak edən tailandlı şagirdlərdən ibarət auditoriyaya bildirib.

İqlim baxımından Taylandın əvəlki Tayland olmadığını görürəm. Hava şəraitləri dəyişib, iqlim dəyişib

İnsanların fəaliyyətinin qlobal istiliyə təsirləri, eləcə də ABŞ və digər hökumətlərin bunun qarşısını almaq üçün görməli olduğu təbirlər barədə müzakirələri qeyd edərək, Bolden Amerikanın Səsinə bildirib: “NASA məlumatla təmin edən agentlikdir, biz qanun qəbul etmirik.”

NASA alimləri deyir ki, dəniz səviyyəsinin artımının üçdə biri isti okean sularının genişlənməsinin nəticəsidir, üçdə biri qütb buzlaqlarının əriməsi, qalan hissəsi isə əriyən dağ buzlaqlarının.

Cümə günü Amerikanın Səsinə müsahibəsində NASA-nın rəhbəri 1972-73-cü illərdə Banqkoqda yaşadığı və Vyetnam müharibəsi zamanı döyüşçü pilot olduğu zamandan bəri əhəmiyyətli dərəcədə iqlim dəyişikliyinin baş verdiyinə inandığını deyib.

“İqlim baxımından Tailandın əvvəlki Tailand olmadığını görürəm. Hava şəraitləri dəyişib, iqlim dəyişib,” deyə o bildirib.

XS
SM
MD
LG