Accessibility links

Dəniz sahilini zəbt edənlər cərimə olunacaq [Video]


Çəpərlənən dəniz

Çəpərlənən dəniz

3 min manatdan 50 min manatadək cərimə nəzərdə tutulur

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 8-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Report agentliyinin xəbərinə görə, dəyişiklik layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verib.

Təklif olunan layihəyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Dəyişiklik layihəsi müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

XS
SM
MD
LG