Accessibility links

Prezident dəniz təhlükəsizliyi strategiyasını təsdiq edib (Yenilənib)


Xəzər nefti ilə bağlı xəritə
Xəzər nefti ilə bağlı xəritə

Dəniz təhlükəsizliyi Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nı təsdiq edib.

Dövlət başçısının imzaladlığı sərəncamda Azərbaycanın dəniz təhlükəsizliyini təmin edən orqanlara fəaliyyətlərində dəniz təhlükəsizliyi strategiyasının müddəalarını rəhbər tutmaları tapşırılır.

Dəniz təhlükəsizliyi strategiyasının müdəlarının yerinə yetirilməsinə Nazirlər Kabineti:nəzarət edir.

Dənizdə mövcud olan təhdidlər Azərbaycanın milli maraqlarına ciddi ziyan vura bilər.
Azərbaycanın iqtisadi və enerji təhlükəsizliyi, əsasən, dəniz təhlükəsizliyinin təmin olunması və xüsusilə dənizdə enerji infrastrukturunun mühafizəsi ilə əlaqədardır.

Bu baxımdan dəniz təhlükəsizliyi Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.

Sənəddə deyilir ki, dənizdə mövcud olan təhdidlər Azərbaycanın milli maraqlarına ciddi ziyan vura bilər.

Bunu nəzərə alaraq, Azərbaycan Konstitusiyasını, “Hərbi doktrina”nı və “Milli Təhlükəsizlik Konsepsiyası”nı rəhbər tutub, Azərbaycan suveren dövlət kimi öz maraqlarını qorumaq hüququndan istifadə edəcəkdir.

Azərbaycan Respublikasının Xəzər dənizi regionunda milli maraqları aşağıdakılardan ibarətdir:

- dənizdə sülh şəraitinin təmin olunması və dənizdən qanunvericilik çərçivəsində istifadə;

- Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsindən və oradakı sərvətlərdən dövlətin istifadə imkanları;

- dənizdə Azərbaycan Respublikasının əleyhinə yönəlmiş hər hansı diskriminasiya aktının qarşısının alınması;

- Xəzər dənizinin sərvətlərindən istifadəyə və onların tədqiqinə aid olan beynəlxalq hüquqi problemlərin əlverişli şəkildə tənzimlənməsi;

- sosial-iqtisadi inkişaf məqsədi ilə Xəzər dənizinin təbii sərvətlərindən məqsədyönlü istifadə olunması və onların inkişaf etdirilməsi;

- dənizdə effektiv nəqliyyat şəbəkəsinin yaradılması, bu şəbəkəyə nəzarət və onun təhlükəsizliyinin təmin olunması.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG