Accessibility links

Danimarkada çeçen mənşəli Belçika vətəndaşına qarşı terrorizm ittihamları irəli sürülüb


Danimarkada çeçen mənşəli Belçika vətəndaşına qarşı terrorizm ittihamları irəli sürülüb
Danimarkada çeçen mənşəli Belçika vətəndaşına qarşı terrorizm ittihamları irəli sürülüb

Danimarka məhkəməsi Çeçenistanda anadan olmuş Belçika vətəndaşı Lors Dukayevi terrorizm cəhdində ittiham edib. Kopenhagen şəhər məhkəməsi 25 yaşlı Dukayevin keçən il Jyllands-Posten qəzetinin redaksiyasını partlatmağa cəhd etdiyi haqda qərar çıxarıb. Qəzet 2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdikdən sonra müsəlmanlar ona kəskin etirazlarını bildirmişdi. Bomba təsadüfən Danimarka paytaxtındakı Joergensen mehmanxanasında partlamışdı. Keçmiş boksçu olan Dukayev hadisə yaralanan yeganə yaralanan şəxs olmuşdu. Həbs edilərkən onun üzərində bomba və silah aşkar edilmişdi. Dukayev terrorizm ittihamlarını rədd edərək, silah və bombanın özünü müdafiə məqsədi ilə daşıdığını bildirmişdir. Məhkəmənin qərarının sabah çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG