Accessibility links


Aktyor Jerar Depardye Rusiya vətəndaşı kimi ilk səfərini Mordoviya respublikasının paytaxtı Saransk şəhərinə edib. O buraya Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşdükdən və Rusiya pasportu aldıqdan sonra gəlib. Depardye pasportunu Saranskda onu qarşılamağa gələn insanlara nümayiş etdirib.

Rusiya mətbuatının verdiyi xəbərə görə, Mordoviyada Depardyeyə mədəniyyət naziri vəzifəsini tutmaq təklif edilib. Aktyor təklifini qəbul etməyərək, zarafatla “dünyanın mədəniyyət naziri”olduğunu deyib.

Şənbə günü məşhur aktyor Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb və ona Rusiya pasportu təqdim edilib. Rusiya mətbuatı Vladimir Putinlə görüşün olduqca səmimi bir şəraitdə keçdiyini və onların Rusiya və Fransa arasında kino layihələrini müzakirə etdiyi haqda məlumat verib.

Prezident Putin Depardyeyə Rusiya vətəndaşlığını onun yüksək vergilərə görə Fransadan mühacirət etməsindən sonra verib. Bu ildən Fransada gəliri 1 milyondan artıq olan vətəndaşlar üçün vergi səviyyəsi 75 faizə yüksəlib. Rusiyada vergi səviyyəsi 13 faiz təşkil edir.
XS
SM
MD
LG