Accessibility links

Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov Türkiyədə saxlanılıb


Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov cümə günü Ankarada saxlanılıb

Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov cümə günü Ankarada saxlanılıb

Jurnalistin xanımının sözlərinə görə Rauf Mirqədirov deportasiya ediləcək

Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov cümə günü Ankarada saxlanılıb.

Jurnalistin həyat yoldaşı Adilə xanım Turan-a bildirib ki, uşaqla birlikdə onları avtobusdan düşürüblər, sənədlərini yoxlayıblar və Rauf Mirqədirovu aparıblar.

“Bunun səbəbini sorarkən sənədlərin vaxtının bitdiyini söylədilər. Lakin bizim təqdim etdiyimiz sənədlərə görə, ilin sonunadək ölkədə qalmaq hüququmuz var. Bundan sonra polislər dedilər ki, məntəqədə aydınlaşdırarıq”, - o bildirib.

Sonra xanıma bildirilib ki, R.Mirqədirov deportasiya ediləcək, lakin səbəbləri açıqlanmayıb.

“Hazırda o, polisdədir, onunla görüşümə və ya telefonla danışmama imkan verilmir. Vəkil tapmağa çalışıram”, - Adilə xanım deyib.

R.Mirqədirov üç ildir ki, ailəsilə birgə Ankarada yaşayır. O, beynəlxalq mövzuda yazır və dəfələrlə məqalələrdə Ərdoğan hökumətinin siyasətini tənqid edib.

Şübhə yoxdur ki, onun saxlanmasının və deportasiya ehtimalının gerçək səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır. Azərbaycanın Ankaradakı səfirliyindən şərh almaq mümkün olmayıb.

“Zerkalo”qəzetinin redaktoru Elçin Şıxlı Turan-a bildirib ki, R.Mirqədirova təzyiqlər iki həftə öncə başlayıb.

“Onu gözlənilmədən akkreditədən məhrum ediblər. Bundan sonra biz Türkiyənin Bakıdakı səfirinə və Azərbaycanın Ankaradakı səfirliyinə müraciət etdik. Oradan heç bir cavab almadıq. Bundan sonra akkreditədən məhrumetmədən şikayət verilməsi ilə bağlı vəkilin cəhdlərinə belə baxılmadı."

Sonradan Raufa bildirilib ki, aprelin 23-dək Türkiyəni tərk etmılədir və bir daha ora gəlməməlidir.

Aprelin 18-də ölkədən çıxmaq istəyərkən saxlanılan zaman polisə bildirib ki, onsuz da ölkədən çıxır, nədən onu saxlayırlar. Görünür, qardaş ölkə hakimiyyəti ona sərf etməyən jurnalisti ölkədən nümayişkaranə şəkildə çıxarmaq istəyir”, - redaktor qeyd edib.

Fevralda Türkiyədən digər azərbaycanlı jurnalist 27 yaşlı Mahir Zeynalov deportasiya edilib. O, Türkiyənin Today Zaman qəzetinin müxbiri olub. Deportasiyaya Tvitterdə baş nazir Rəcəb Tayyip Ərdoğanın ünvanına tənqidi yazının dərci səbəb olub.
XS
SM
MD
LG