Accessibility links

Mərkəzi Seçki Komissiyası onun ərizəsini müzakirə edib

Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Gülər Əhmədovanın mandatından imtina etməsi barədə ərizəsinə baxıb və xanım Əhmədovanın deputatlığına xitam verib.

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev sentyabrın 25-də özünün deputat olması üçün yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırması haqqında söhbət əks olunmuş video yayıb. Bundan sonra, Bakı Şəhər Prokurorluğu video işinə görə fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb.

Gülər Əhmədova 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilib. O rüşvətlə bağlı video qalmaqalından sonra Milli Məclis sədrinə ərizə ilə müraciət edərək mandatından imtina etdiyini bildirib.
XS
SM
MD
LG