Accessibility links

Deputatlığa namizədlərə pulsuz efir vaxtı verilib


Deputatlığa namizədlərə pulsuz efir vaxtı verilib

Deputatlığa namizədlərə pulsuz efir vaxtı verilib

Parlamentdə 125 deputat yeri uğrunda 700 namizəd mübarizə aparır

Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkiqabağı təşviqat dövründə bütün deputatlığa namizədlərə pulsuz efir vaxtı ayırmaq qərarı qəbul edib. Bu məqsədlə İctimai TV-də hər gün saat 21.00-dan 23.00-a qədər 2 saat vaxt ayrılacaq.

Hər bir deputatlığa namizədə bütün kampaniya ərzində cəmi 4 dəqiqə pulsuz efir vaxtı veriləcək. Beləliklə, hər gün 5-6 dairə üzrə namizədlər çıxış edə biləcək. Ümumilikdə İctimai TV-də 118 dairə üzrə namizədlər çıxış edəcək.
Naxçıvan Muxtar Respublikası üzrə daha 7 dairədən olan namizədlər regional televiziyanın efirində çıxış edə biləcəklər.
Bundan başqa, rəsmi “Azərbaycan” qəzetində də namizədlərə öz müraciətlərini dərc etdirmək imkanı veriləcək. Naxçıvanda namizədlərə “Şərq Qapısı” qəzetində belə imkan yaradılacaq.
Ölkədə noyabrın 7-də parlament seçkiləri keçiriləcək. Oktyabrın 15-dən deputatlığa namizədlərin təşviqat kampaniyası başlayıb.

Parlamentdə 125 deputat yeri uğrunda 700 namizəd mübarizə aparır.

XS
SM
MD
LG