Accessibility links

Deputatlar bahalaşmaya niyə etiraz edir?


Milli Məclis
Milli Məclis

Milli Məclisin üzvü Əli Məsimli deyib ki, manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması absurddur

Milli Məclisinin fevralın 14-də keçirilən iclasında son günlər manatın ABŞ dollarına nisbətdə bahalaşmasına baxmayaraq qiymətlərin düşməməsinə etiraz bildirilib.

APA-nın məlumatına görə bugünki plenar iclasda deputat Əli Məsimli bildirib ki, dekabrdan etibarən manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması absurddur.

Deputat qeyd edib ki, bu məsələdə işbazları və monopolistləri ifşa etmək lazımdır: “Qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir. Manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə, qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli, təcili tədbirlər görülməlidir".

Deputat Fərəc Quliyev də çıxışında həmkarını dəstəkləyib, bunun sosial partlayışa gətirib çıxara biləcəyini bildirib.

Son həftələr Azərbaycanda dollar rəsmən 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG