Accessibility links

Dərbənddə yaşayan azərbaycanlılar mitinq keçirib


Dərbənddə azərrbaycanlıların mitinqi
Dərbənddə azərrbaycanlıların mitinqi

Yanvarın 10-da Rusiya Federasiyasının Dərbənd şəhərində yaşayan azərbaycanlılar mitinq keçirib.

Lent.az saytının məlumatına görə, azərbaycanlılar şəhərin qədim Baba Məscidinin meydanına yığışaraq son günlər şəhərdə baş vermiş olaylara öz etirazını bildirib.

Məlumata görə, mitinqdə çıxış edənlər Dərbənd şəhər meri İmam Yaraliyevin istefasını tələb edib.

Dərbənd azərbaycanlıları bu şəhərdəki Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin heykəlinin sındırılması, tanınmış din xadimi Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsinə görə şəhərin meri Yaraliyevi suçlayıblar.

Aksiya iştirakçıları şəhər merindən Dərbənddə sosial problemlərin həll edilməsini də tələb ediblər.

Mitinq keçirilən ərazi polis və OMON-nun mühasirəsində olsa da, aksiyaya müdaxilə edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG