Accessibility links

Derek Hoqan: Demokratiya Azərbaycanla ikitərəfli gündəliyimizin tərkib hissəsi olaraq qalır [Video]


Derek Hoqan: Demokratiya Azərbaycanla ikitərəfli gündəliyimizin tərkib hissəsi olaraq qalır
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Derek Hoqan: Demokratiya Azərbaycanla ikitərəfli gündəliyimizin tərkib hissəsi olaraq qalır

Prezident Obamanın Azərbaycan prezidentinə məktubunda Azərbaycanla dərin və geniş əməkdaşlıq qeyd olunub. Əməkdaşlığın sütunlarından birini iqtisadiyyat təşkil edirsə digəri demokratiya və demokratik islahatlardır. Biz bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazırıq. Bu barədə Amerikanın Səsinin Amerika prezidentinin Azərbaycan prezidentinə məktubunda göstərildiyi seçki sistemində islahatlar və demokratiyanın inkişafı ilə bağlı sualının cavabında Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.

Onun sözlərinə görə, demokratik islahatlar Amerikanın Azərbaycanla davam edən əməkdaşlığının bir hissəsidir. “Bu ikitərəfli gündəliyimizin tərkib hissəsi olaraq qalır. Qeyd etdiyim kimi bu sütunlar bizim üçün eyni əhəmiyyət kəsb edir və biz onların daha inkişaf etməsinə, təbliğ etməkdə davam edirik”, o qeyd edib.
XS
SM
MD
LG