Accessibility links

Amerika səfirinin müavini Qubada olub


Derek Hoqan
Derek Hoqan

Derek Hoqan seçkiöncəsi durumla tanış olub

Amerikanın Azərbaycandakı səfirinin müavini Derek Hoqan sentyabrın 27-də Qubaya (Bakıdan 168 kilometr şimal) səfər edib.

Amerikanın Bakıdakı səfirliyinin məlumatına görə, D.Hoqan Quba və regionda seçkiöncəsi durumla tanış olmaq üçün Quba rayon icra hakimiyyətinin başçısı Mubariz Ağayev, yerli dairə seçki komissiyalarının nümayəndələri, müstəqil seçki müşahidəçiləri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb.

Görüşdə D.Hoqan ABŞ hökümətinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə göstərdiyi dəstəyi vurğulayıb. D.Hoqan ABŞ-ın buradakı Sülh Korpusunun könüllüləri ilə nahar edib. Diplomat ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə icra edilən “Azərbaycan Rəqabətlilik və Ticarət proqramı” çərçivəsində Vəlvələ kəndində quraşdırılan soyuducu ambara da baş çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG