Accessibility links

Hər bir müasir dərman təbii köklərə malikdir [Video]


Hər müasir dərman təbii köklərə malikdir
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Hər müasir dərman təbii köklərə malikdir

Hər müasir dərman təbii köklərə malikdir.

Los Angeles meşəsində gəzintiyə çıxanlara tez-tez rast gəlinir. Lakin Ceyms Adamsın başçılıq etdiyi dəstənin məqsədi başqadır. Bu komanda yerli hindlilərin bitkilərdən necə dərman hazırladığını müəyyən etməyə çalışır.

“Farmokologiya elmi ara həkimlərin hansı bitkilərdən istifadə etdiyinin müəyyənləşdirilməsi ilə yaranıb. Həmin bitkilərin laboratoriya şəraitində təsirləri aşkarlanıb.”

Məsələn aspirin 19-cu əsrdə söyüd ağacının salisil turşusundan alınıb. Doktor Adams hər icmanın bitkilərdən asılı olaraq özünəməxsus dərmanları olduğunu deyir.“Bu güclü ağrıkəsici mahiyyəti olan yovşandır. Bundan necə istifadə edildiyini öyrənməliyik. Bu daha təhlükəsizdir. Bu, opioid dərmanlarda qay-qat təhlükəsizdir .”

Yovşandan ağrı kəsmək üçün istifadə edilir, Bu bitkinin iyi də rahatladıcı təsirə malikdir.

Adams yerli hindlilərin istifadə etdiyi digər birkinin soyuqdəymə və qrip dərmanı hazırlanan gəndalaş giləmeyvələri olduğunu deyir.

Bu bitkidən dəri xəstəlikləri üçün maz hazırlanır. Çamis bitkisindən isə diş ağırısı üçün istifadə edilir.

Doktorun dediyinə görə, bitkilər zəhərli ola bilər. Onun üçün bitkiləri tanımaq olduqca mühümdür. Adams müasir farmokologoyanın da təbiət kimi xeyri ilə bərabər ziyanı olduğunu bildirir.“

Əlbəttə, köməyi varsa dərmandan istifadə ediməlidir. Lakin səhhətimzi balansda saxlanmağı unutmamalıyıq. Balanslı vücud özü-özünü sağalda bilir.”

Bu balansı isə sağlam pəhriz və idman təmin edə bilər.
XS
SM
MD
LG