Accessibility links

Dərslikləri uşaqlar üçün daha maraqlı edən yazıçı [Video]


Dərslikləri uşaqlar üçün daha maraqlı edən yazıçı
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Məktəb deyəndə çox vaxt qalın, şagirdlərin dərs ili boyu oxuduğu dərsliklər yada düşür. Onların qalınlığı və formatı kitabın içindəki maraqlı məlumatları bəzən kölgədə qoyur. Şagirdlərin bu maraqlı məlumatlardan faydalanması üçün əvvəllər müxbir olmuş Coy Hakim tarix və dəqiq elmlər haqda dərslikləri daha maraqlı kitablara çevirir.

İnsanların sevdiyi kitabları, məsələn bədii kitabları bir yazıçı yazır və o kitablarda, əsasən də bu işə böyük həvəsi olan müəlliflər oxucu ilə söhbət edir.
Coy Hakim

Denverdəki Qraland orta məktəbində günün mövzusu Quldarlıq və Vətəndaş Müharibəsi dövrüdür. Şagirdlər deyir ki, yeni dərslik sayəsində bu mövzu onlara daha cəlbedici görünür. Dərsliyin adı isə “Bizlərin tariximiz”dir.

“İnsan bu kitabı vərəqləmək istəyir. Kitabı oxuduqda öyrəndiklərinin həcminin fərqinə varmırsan, çünki kitab səni məşğul edir,” deyə bir şagird bildirir.

Bir çox mükafatlara layiq görülən dərslikləri yazanda Coy Hakim bir sıra yazıçılardan ibarət komitənin əməkdaşlıq etməsini nəzərdə tutan tipik nəşriyyat protokoluna riayət etməyib.

“İnsanların sevdiyi kitabları, məsələn bədii kitabları bir yazıçı yazır və o kitablarda, əsasən də bu işə böyük həvəsi olan müəlliflər oxucu ilə söhbət edir.”

Kitabları redaktə etmək üçün Hakim dünya şöhrətli ekspertlərlə işləyib və əlyazmasına qiymət vermək üçün uşaqlara pul ödəyib. Məsələn, uşaqlar darıxdırıcı olduğunda “b”, yaxşı olduğunuda “g”, aydın olmayan yerlərdə isə “nc” yazırlar.

Coy Hakimin "Bizlərin tariximiz" dərsliyi
Coy Hakimin "Bizlərin tariximiz" dərsliyi

Ən əsası isə Hakim kitablarda mövzuları hekayələr vasitəsilə izah edir. Məsələn, dəqiq elmər kitabında olduğu kimi ..

“15 yaşlı Albert Enşteyn acınacaqlı vəziyyətdədir. O, Almaniyada məktəbi bitirməyə çalışır, amma məktəbdən zəhləsi gedir, çünki məktəb nizam-imtizamın olduğu ciddi bir yerdir. Bundan başqa, onun valideynləri İtaliyaya köçüb və Albert məktəbi bitirənədək onun Almaniyada qalmasını istəyirlər,” deyə kitabda yazılıb.

Gənc Enşteyn məktəbdən qovulur və indiyə qədər heç kim bunun səbəbini bilmir.

“amma məktəbdə bir məktub vacib bir ipucu verir. Orada “sən dərsdə nizamı pozursan və bu, digər şagirdlərə təsir edir” yazılıb," deyə kitabda qeyd edilib.

Albert Eynşteyn sonradan böyük alim olur. Şagirdlər Hakimin gənc Albert kimi mübarizə ruhlu gənclər haqqında hekayələrini çox sevdiklərini deyir.

İnsan bu kitabı vərəqləmək istəyir. Kitabı oxuduqda öyrəndiklərinin həcminin fərqinə varmırsan, çünki kitab səni məşğul edir.

“Mənim ən sevdiyim hekayə “Müharibə, dəhşətli müharibə” kitabının yeddinci fəslində 1855-1865-ci illərdə baş verən hadisələrlə bağlı idi. Hekayədə Abraham Linkoln barədə və kənddən çıxmış oğlanın necə prezident olmasından bəhs edilir. Yəni adi bir insanın belə bir böyük şəxsiyyətə çevrilməsini görmək çox ruhlandırıcıdır,” deyə bir başqa şagird bildirir.

Bu hekayələr tarix müəllimi Bet Qafqanın dərslərində, xüsisilə də ABŞ-da Vətəndaş Müharibəsindən sonrakı dövrün tədrisinə istiqamət verir. Hakim bu dövrü “ümidsizlik içində ümidlərlə dolu bir dövr” adlandırır.

“Mən uşaqları proqnozlar etməyə təşviq edirəm. Məsələn, bu dövrlə bağlı ümidsizlik və ümidlər nədən ibarətdir. Kitabdakı cümlələr bizləri düşündürür və bu mənim xoşuma gəlir,” deyə Qafqan bildirir.

Hakim isə artıq yeni kitablar üzərində işləyir. Bu dəfə mövzu biologiya və təkamül prosesidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG