Accessibility links

Miçiqan ştatının Detroyt şəhəri iflasını elan edib. Bu, ABŞ tarixində iflasa uğrayan ən böyük şəhərdir. Məhkəmə şəhəri kreditorlardan qoruma altına alıb.

Detroytun icra hakimi Deyv Binq deyib ki, federal iflas məhkəməsinə verilən müraciət şəhər üçün yeni başlanğıc olacaq.

Detroyt 300 milyondan çox büdcə defisiti və 14 milyard dollarlıq uzunmüddətli borcları ilə mübarizə aparırdı.

Ştat xəzinə meneceri və iflas üzrə mütəxəssiz Kevin Orrini şəhərin maliyə böhranına nəzərət etməsini həvalə edib. O, ictimai xidmətlərin davam edəcəyini və dövlət işçilərinin maaşlarının ödəniləcəyini deyib.

İflas 10000-dən çox dövlət işçisinin gələcək pensiyaları və səhiyyə xidmətləri ilə təminatını sual altına alır.
XS
SM
MD
LG