Accessibility links

Devid Bekham Avropada oynamaq istəyir


Devid Bekham Avropada oynamaq istəyir

Devid Bekham Avropada oynamaq istəyir

Bununla məşhur futbolçu İngiltərə yığma komandasına düşəcəyinə ümid edir

İngiltərə futbol ulduzu Devid Bekham deyir ki, o, Ameirka Əsas Futbol liqasında fasilə zamanı Avropa klublarından birində kirayə müqabilində oynamaq istədiyini bildirib. Bununla məşhur futbolçu İngiltərə yığma komandasına düşəcəyinə ümid edir. Los Anceles Galaxy klubunun formasını geyinən 35 yaşlı yarım-müdafiəçi son iki ilin fasilə dövrünü icarə razılığı əsasında İtaliyanın Milan klubunun heyətində keçirib. Bekham daha Milana qayıtmayacaq, ancaq o, İngiltərə Premyer Liqa klublarından Mançester Yunaytedin heyətinə düşmək istədiyini ifadə edib. 32.5 milyon dollara 5 illik müqavilə əsasında Galaxy-yə transfer olunmuş Bekham daha 1 il də Los Anceles də qalmalıdır. O, İngiltərə milli yığma komandasının heyətində 115 oyunda çıxış edib.

XS
SM
MD
LG