Accessibility links

Freedom House-un prezidenti Vaşinqtonda Cons Hopkins Universitetində çıxış edib

Turan agentliyi məlumatına görə, Azərbaycanda prezident kampaniyası başa çatdıqdan sonra yüksək vəzifəli Amerika məmurları ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək üçün Bakıya yollanıblar.

“Seçkilərin nəticələrinin qəbul edilməsi ilə bağlı tərəddüdlərdən sonra, görünür, beynəlxalq ictimaiyyət Əliyev rejimini qəbul etməmək ideyasından imtina edib”, deyə Freedom House-un prezidenti Devid Kramer dekabrın 4-də Vaşinqtonda Cons Hopkins Universitetində çıxış edərkən bildirib.

“Bu həftə Azərbaycana gedən Amerika məmurlarından biri bildirib ki, seçkiləri unutmaq lazımdır, onlar geridə qaldı... Zənnimcə, bu, böyük səhvdir, çünki İlham Əliyev ədalətli və azad seçkilər keçiriləcəyi təqdirdə əldə edə biləcəyi legitimliyə sahib deyil”, deyə o bildirib.

“Bu həftə Azərbaycana gedən Amerika məmurlarından biri bildirib ki, seçkiləri unutmaq lazımdır, onlar geridə qaldı... Zənnimcə, bu, böyük səhvdir.
ATƏT-in 9 oktyabr seçkilərinin qeyri-azad və ədalətsiz olması haqqında ilkin qiymətləndirməsi Obama administrasiyasında ciddi şəkildə müzakirə olunub. Bu zaman bəzi məmurlar seçkilərin kəskin şəkildə pislənməsi xeyrinə çıxış ediblər.
Nəhayət, Ağ Ev 8 noyabrda seçkilərin üzərində duraraq qeyd edib ki, Azərbaycan demokratik islahatları möhkəmləndirsə, birləşmək, toplaşmaq və ifadə azadlığına hörmət etsə, siyasi plüralizmə və məhkəmə hakimiyyətinin müstəqilliyinə yardım etsə, seçki sistemini möhkəmləndirsə, iki ölkə arasındakı tərəfdaşlıq öz potensialına çatacaq.

“Biz vətəndaş cəmiyyəti və jurnalistlərin ən pis təqibini gördük, o cümlədən “Azadlıq” radiosunun jurnalistinə edilənləri, müxalifətçilərin həbsə salınmasını... Düşünürəm ki, Əliyev və onun ətrafındakılar qorxurlar və ehtiyac olmayan şeyləri edirlər”, deyə o bildirib.

Freedom House-un prezidentinin fikrincə, Azərbaycan yanlış yoldadır, çünki Əliyev “insan hüquqlarına sıfır hörmət nümayiş etdirir”.

“Bu, bizi qayğılandırır, belə ki, biz Azərbaycanın, onun təhlükəsizliyinin əhəmiyyətindən, energetika məsələlərindən çox bəhs edirik. Amma Əliyev bu xətti bütün göstəricilərin daha da pisləşməsi istiqamətində davam etdirərsə,
... Azərbaycanda insanlar daha ekstremist variantlara əl atmaqdan başqa seçim və imkan olmadığını hiss edə bilərlər ki, bu da hakimiyyətin maraqlarına uyğun deyil.
”, deyə Kramer qeyd edib.

Regionda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi səbəbləri haqqında danışan Kramer deyib ki, bu, “nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmağı hədəfləyən” korrupsiyaya uğramış bütün avtoritar rejimlərin problemidir.
“Ukrayna, Rusiya, Belarus və Azərbaycanda problemlərin bir hissəsi onların liderlərinin hakimiyyətə hamının maraqlarını müdafiə etmək üçün deyil, öz şəxsi maraqlarına xidmət etmək üçün gəlmələri ilə bağlıdır ki, bu da həmin ölkələrə ziyan vurur”, deyə o vurğulayıb.

Ukraynadakı etirazlar haqqında danışan Kramer prezident Yanukoviçə və ailəsinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.

Yanukovuç şəxsən özü üçün sərfəli deyilsə, heç vaxt ölkəsinin Avroatlantik institutlara inteqrasiyası haqqında düşünmür.
“Yanukovuç şəxsən özü üçün sərfəli deyilsə, heç vaxt ölkəsinin Avroatlantik institutlara inteqrasiyası haqqında düşünmür”, deyə o bildirib.

Onun fikrincə, Belarusda qərb sanksiyaları səmərəli olmayıb, çünki onlar daha çox maliyyə-iqtisadiyyat deyil, psixoloji sanksiyalar idi.

“Bu yaxınlarda Türkiyədə oldum və gördüm ki, Qərbin tənqidi əsasən Türkiyədə insan hüquqları sahəsində problemlərin həlli üçün Erdoğanla münasibətlərindən istifadə etməyən Obama üzərində cəmləşib”, - deyə Kramer qeyd edib.
XS
SM
MD
LG