Accessibility links

Müxalifətiçi gəncin hökmü oktyabrın 11-də olacaq


AXCP fəalı Dəyanət Babayev
AXCP fəalı Dəyanət Babayev

AXCP fəalı xuliqanlıqda ittiham olunur. Dəyanət Babayev ittihamı qəbul etmir

Sentyabrın 30-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin işi üzrə hökmün açıqlanması oktyabrın 11-nə keçirilib.

Dəyanət Babayev Amerikanın Səsinə bildirib ki, hakim bunu vəkilin gəlməməsi ilə əlaqələndirib.

Hakim deyib ki, vəkilin iştirakı olmadan hökmün çıxarılması müttəhimin hüquqlarının pozulmasıdır.

Bundan əvvəl prokuror fəalın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, D.Babayev 221.2-ci maddə (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

İstintaq bildirib ki, 2012-ci il noyabrın 7-də D. Babayev digər AXCP fəalı Rəhim Musayevlə birlikdə Bakının mərkəzində ictimai asayişi pozub. Guya sərxoş vəziyyətdə olan gənclər vətəndaş Tofiq Səlimovu təhqir ediblər və ona yüngül bədən xəsarətləri yetiriblər.

Əslində isə mülki geyimdə olan T.Səlimov özünü polis əməkdaşı kimi təqdim edib və fəallara polis bölməsinə getməyi təklif edib. Gənc fəallar ondan vəsiqəsini göstərməsini tələb etdikdə o qaçmağa başlayıb. Gənclər bu barədə yaxınlıqda olan polis əməkdaşına məlumat veriblər, lakin özləri saxlanılıblar. Rəhim Musayevin barəsində iş ayrıca icraata verilib.
XS
SM
MD
LG