Accessibility links

Deyvid Kameron gələn ay Vaşinqtona səfər etməlidir

  • Amerikanın səsi

Deyvid Kameron gələn ay Vaşinqtona səfər etməlidir

Deyvid Kameron gələn ay Vaşinqtona səfər etməlidir

Ağ Evin bildirdiyinə görə, Böyük Britaniyanın baş naziri Deyvid Kameron gələn ay Vaşinqtona səfər etməlidir. Bu gün verilən bəyanatda deyilir ki, cənab Kameron xanımı Samanta ilə ABŞ-a mart ayının 13-ü səfər etməlidir. Onun səfərinin iki gün sürəcəyi bəyan edilib.

ABŞ prezidenti Barak Obama və Britaniya lideri Əfqanıstan müharibəsi və İranın narahatlıqlara səbəb olan nüvə proqramını müzakirə etməlidir. Onların NATO və Böyük Səkkizliyin may ayında Çikaqoda keçiriləcək sammit məsələsini də gündəmə gətirəcəyi gözlənilir.

XS
SM
MD
LG