Accessibility links

Diabet: Neqativ düşüncələr və ağır çəki stiqmaları [Video]


Diabet: Neqativ düşüncələr və ağır çəki stiqmaları
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Alimlərin dediyinə görə, neqativ düşüncələr və ağır çəki barədə stiqmalar ikinci tip diabetin nəzarət altında saxlanması səylərini çətinləşdirir.

Diabet xəstələrinin çoxu qanda şəkərin səviyyəsinə insulin qəbul etməklə nəzarət edir.

Lakin son rəy sorğularına görə, diabetlə birbaşa əlaqəsi olan köklük kompleksi xəstəliyin uzun zaman gizlədilməsi ilə müşayiət edilir.

Doktor maks Pemberton: "İnsanlar yeməyə çıxdıqda dərmanlardan istifadə etməyə utanır və beləliklə dərmanlarını qəbul etmir. Bu isə öz növbəsində qanda şəkərin yüksək səviyyəyə çatmasına səbəb olur. Qısa müddətdə bu, problem yaratmır. Amma uzun müddətdə yüksək şəkər vücuda ciddi ziyan vurur."

Bu, infarkt, iflic, korluq və hətta amputasiyalara səbəb olub.

Haypoqlesimiya, yəni ürək döyüntüsü, görmə qabiliyyətinin azalması və ya huşun itirilməsi ilə müşayiət edilən aşağı şəkər öldürücü ola bilər.

Hovard Koksa ikinci tip diabet diaqnozu 20 il əvvəl o, 45 yaşında ikən qoyulub. O, artıq on ildir insulin qəbul edir. Hovardın dediyinə görə, bəzən yüksək şəkər aşağıdan daha yaxşı olur.

"Qolf oyunundan əvvəl insulini az vururam. Çünki 9-cu və ya 10-cu dəliyə top salmazdan öncə beynimin çönməsini istəmirəm. Buna görə şəkəri qəsdən yüksək saxlayıram."

2-ci tip diabet xəstələri adətən kök olur. Pemberton bayram mövsümlərində mediadan ziddiyyətli xəbərlər aldığını deyir.

"Bayram mövsümlərində yüksək kaloriyalı, qeyri-sağlam yeməkləri reklam etməklə, bizim buna layiq olduğumuzu deyirlər. Digər tərəfdən arıq, əldəedilməz, ideal bədənləri nümayiş etdirərək, insanları çaşdırırlar."

Lakin o deyir ki, bir şeydə çaşqınlıq yoxdur. Bu da qanda şəkərə nəzarət etməməyin riskləridir.

XS
SM
MD
LG