Accessibility links

Rəsmi statistikaya görə, Azərbaycanda 140 mindən çox diabet xəstəsi var

14 noyabr Ümumdünya Diabet günüdür. BMT-nin Baş Katibi Pan Ki-munun diabet günü münasibəti ilə dünya ictimaiyyətinə müraciətində deyilir ki, dünyada üç yüz əlli milyon insan diabetdən əziyyət çəkir - onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

“Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur. Diabet xəstəliyi vaxtında aşkarlanıb müalicə edilməzsə, sonradan sağlamlıqla bağlı ciddi narahatlıqlar yarada bilər. Hər il üç milyondan çox diabet xəstəsi ürəktutma, iflic və böyrək çatışmazlığı kimi problemlər səbəbindən dünyasını dəyişir”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, diabetlə bağlı ölüm halları 2030-cu ilə qədər üçdə iki dəfə artacaq.

“Diabet inkişafa təsir göstərir. Yoxsul əhali qeyri-mütənasib şəkildə təhlükə ilə üz-üzə qalır və bu təsirə məruz qalmış ailələr daha çox yoxsullaşırlar. Diabet xəstəliyi milli səhiyyə sistemlərinə mənfi təsir göstərir və 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, həmçinin aşağı və orta gəlirli ölkələrdə çətin qazanılmış inkişaf nailiyyətlərini itirmək qorxusu yaradır”.

Azərbaycanda 13 tibb müəssisəsində 400-dən artıq çarpayı diabetli xəstələrə xidmət göstərir. Statistikaya görə, son 8 ayda 52 tibb ocağında 48 mindən çox diabetli insan qeydiyyata götürülüb.

Ümumilikdə Azərbaycanda 163 mindən çox şəkərə tutulmuş insan var, onlar da 14 adda dərmanla pulsuz təmin olunur. Bununla yanaşı, qeyri hökumət təşkilatları dərmanlarla təchizatda problemlərin olduğunu bildirir.

Beynəlxalq Diabet Federasiyasının atlasında isə Azərbaycanda 400 min belə şəxsin olduğu bildirilir.

2003-cü il dekabrın 23-də Azərbaycan Milli Məclisi "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edib. 7 iyun 2005-ci ildə hökumət "Şəkərli diabet üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" qərar qəbul edib.
XS
SM
MD
LG