Accessibility links

Azərbaycanın dini rəhbəri Vaşinqtona səfər edəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Allahşükür Paşazadə “ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 apreldə “ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin məlumatına görə, Azərbaycandakı dini konfessiya rəhbərlərinin – pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşeyin, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.
XS
SM
MD
LG