Accessibility links

Sərgidə mülki və hərbi texnologiyalar nümayiş etdirilir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində beynəlxalq sərgi açılıb Yeni Əl-Maktum hava limanında keçirilən tədbirdə aviasiya sənayesinin 1000-nə yaxın sahəsindən mülki və hərbi texnologiyalar nümayiş etdirilir.

5 günlük sərgi milyardlarla dollarlıq təyyarə istehsalçıları Boeing and Airbus şirkətləri üçün əsl satış meydanıdır.

ABŞ-da yerləşən Boeing sərginin ilk günü 777X sərnişin təyyarəsini nümayişə çıxarıb. Şirkətlə ilk satış razılığını əmirliyin hava yolları əldə edib. Şirlət 150 təyyarəyə 76 milyard dollar ödəyib.

Avropanın Airbus-ı isə A380 təyyarələrinin satışında çətinlik çəkir. Belə ki, ötən il təyyarənin qanadlarında çatlar aşkar edilmişdi.
XS
SM
MD
LG