Accessibility links

Diffamasiya haqqında qanun layihəsinin ictimai müzakirəsi olub


Diffamasiya haqqında qanun layihəsinin ictimai müzakirəsi olub

Diffamasiya haqqında qanun layihəsinin ictimai müzakirəsi olub

ATƏT-in demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter bildirib ki, “Diffamasiya haqqında” qanun layihəsinin müzakirələri davam etdiriləcək. Mayın 11-də ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə beynəlxalq konfrans keçirməyi nəzərdə tutur. Həmin tədbirə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də qatılacaq.

Mətbuat Şurasında “Diffamasiya haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Müzakirələrdə qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması dəstəklənib.

Çıxış edən media rəhbərləri qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin müddəalarına uyğun olduğunu bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qanun layihəsini Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin ötən ilin martından həyata keçirməyə başladığı birgə layihə çərçivəsində hazırlanıb.

ATƏT-in demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter bildirib ki, müzakirələr bununla bitməyəcək. “Mayın 11-də ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə beynəlxalq konfrans keçirməyi nəzərdə tutur. Həmin tədbirə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də qatılacaq”.

Sənəddə deyilir ki, fikir azadlığının həyata keçirilməsi öhdəliklər və məsuliyyət yaradır.

Layihədə sağlamlıq və əxlaqın müdafiəsi, digər şəxslərin nüfuzunun və hüquqlarının müdafiəsi, məxfi informasiyanın yayılmasının qarşısının alınması və ya məhkəmənin qərəzsizliyinin təmin edilməsi məqsədilə də məhdudiyyətlər nəzərdə tutulur.
Sənədin 6-cı maddənin 1.6-cı bəndi (Diffamasiya haqqında iddia üzrə məsul şəxslər) fikir ayrılıqlarına səbəb olub. Bəndə görə, elektron portalın hətta texniki işçiləri və nəşriyyatın əməkdaşları təhqir elementləri olan və ya böhtan xarakterli materiala görə məsuliyyət daşıyır.
Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, qanun layihəsinin müddəaları ilə Cinqyət Məcəlləsinin 283-cü (milli, irqi və dini ədavət salmaq) maddəsi arasında uyğunsuzluqlar var.
Digər ekspertlərin fikrincə, Cinayət Məcəlləsinin indiyədək işlədilməyən bir sıra maddələri də jurnalistlər üçün təhlükə ola bilər. Ekspertlər bu sırada misal kimi Cinayət Məcəlləsinin 292-ci (qanunsuz saxlama və s.), 293-cü (ifadə verməyə məcbur etmə), 294-cü (dəlillərin saxtalaşdırılması), 295-ci (qəsdən ədalətsiz hökm çıxarma və s.), 296-cı (qəsdən yalan xəbər vermə) və 297-ci (qəsdən yalan ifadə, ekspert rəyi vermə və ya yanlış tərcümə) maddələrini göstərib. Təcrübə göstərir ki, indiyədək vətəndaşlara münasibətdə sözügedən maddələrin müddəalarını pozan heç bir hakim, müstəntiq, polis əməkdaşı, ekspert və ya hüquq-mühafizə orqanlarının digər əməkdaşı məsuliyyətə cəlb olunmayıb.

XS
SM
MD
LG