Accessibility links

Diffamasiyanın dekriminallaşdırılması ilə bağlı kampaniya başlanıb


Kampaniya çərçivəsində dəyirmi masalar keçiriləcək, imza toplanacaq.

Media Hüququ İnstitutu (MHİ) “Diffamasiya haqqında” qanunun qəbul edilməsi məqsədilə kampaniyaya başlamaq təşəbbüsünə dair mətbuat konfransı keçirib.
Diffamasiya ilə bağlı “Yeni Nəsil” Jurnlaistlər Birliyinin, Media Hüququ İnstitutunun (MHİ) və Mətbuat Şurasının (MŞ) layihə hazırladığı xatırladılıb. MŞ-nın hazırladığı layihə daha mükəmməl sayılıb. Layihə ATƏT-in ekspertləri tərəfindən müsbət qiymətləndirilib.
MHİ-nin direktoru Rəşid Hacılı sənədin qəbul edilməsi üçün dövlət başçısı İlham Əliyevin adına müraciət hazırlandığını deyib.

İqtidarın da diffamasiya ilə bağlı layihə hazırlamaq istəməsi kimi məlumatların olduğu deyilib. İndiki halda medianın maraqları baxımından MŞ-nın hazırlamış olduğu layihə medianın tələblərinə cavab verdiyi üçün bu layihənin qanun olaraq qəbul edilməsi xüsusi olaraq nəzərə çatdırılıb.
“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsi, qəzetin cərimələrə məruz qoyulması, “Azadlıq” qəzetinin son günlər Bakı metropolitenin rəhbəri Tağı Əhmədovun iddiası ilə 30 min manat cərimə olunması xatırladılıb. Qanunun qəbulu ilə medianın cəzalandırılmasına əsas olan böhtan və təhqirə görə cəza nəzərdə tutan 147-ci (təhqir) və 148-ci (böhtan) maddələrin sanksiyaları dəyişdiriləcək.
Beləliklə, bu maddələrə görə jurnalistlərin həbsi aradan qalxır. Eyni zamanda qanun mülki qaydada diffamasiya məsələsini həll edir. Yəni, media qurumlarının diffamasiya işlərinin düzgün və ədalətli həllini təmin edən standartlar müəyyən edilir.
Məsələ ilə bağlı MHİ iyunun son həftəsində media rəhbərləri, vətəndaş cəmiyyəti institutları, hakimiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG