Accessibility links

Fil Dişi Sahilində kütləvi məzarlar aşkar edilib


Fil Dişi Sahilində kütləvi məzarlar aşkar edilib
Fil Dişi Sahilində kütləvi məzarlar aşkar edilib

Məzarlar ticarət mərkəzi olan Abican şəhərinin Yaopoqon rayonunda aşkar edilib

BMT Şurasının təhqiqatçıları Fil Dişi Sahilində 50 nəfərdən çox insanın cəsədi olan məzarlar aşkar ediblər. BMT insan hüquqları şöbəsinin rəsmiləri məzarların bu gün ticarət mərkəzi olan Abican şəhərinin Yaopoqon rayonunda tapıldığını deyirlər. Yerli sakinlər qurbanların aprel ayının 12-si sabiq prezident Laurent Qbaqboya sadiq döyüşçülər tərəfindən ölkənin yeni prezidenti Alassane Ouattaranın tərəfdarlarına hücum zamanı qətlə yetirilən insanlar olduqlarını bildiriblər. BMT-nin insan hüquqları şöbəsi ötən həftə Yaopoqonda məzarlıq barədə daxil olan məlumatı araşdırdığını elan etmişdi.

XS
SM
MD
LG