Accessibility links

XXI əsrdə diktatorluq


XXI əsrdə diktatorluq
please wait

No media source currently available

0:00 0:02:44 0:00

XXI əsrdə diktatorluq


Diktator olmaq heç vaxt indiki kimi çətin olmayıb. Demoqrafik artım, işsizlik, informasiya mühitinin dəyişməsi avtoritar rejimlərin işini çətinləşdirib.

Repressiyalarla azadlıq mübarizəsi 21-ci əsrdə müasir texnologiyalar vasitəsi ilə qeyri-zorakı xarakter alıb. Bir zamanlar xalqın əlinə silah keçməməsinə çalışan diktatorlar indi xalqı nümayişlərdən yayındırmağa cəhd göstərir. Bu, “Slate” jurnalının redaktoru Ulliyam Dobsonun sözləridir.
“Düşünülənlər məni maraqlandırmır. Məni maraqlandıran yol verilməli olmayan əməllərdir.”

“Diktatorların öyrənmə qabiliyyəti-Demokratiya uğrunda mübarizə” kitabının müəllifi Ulliyam Dobson bu yaxınlarda Vaşinqtonda keçirilən konfransda iştirak etmişdi.

Panelin daha bir iştirakçısı Slobodan Miloşeviçi hakimiyyətdən devirən tələbə hərəkatının lideri Srdya Popoçiv idi.O, Serbiyada rəhbərlik etdiyi etiraz aksiyalarını bu ilin əvvəlində Rusiyada parlament seçkilərinə qarşı yürüşlərlə müqayisə edib.
“Nümayişlər orta sinif və tələblər tərəfindən təşkil edilib. Aksiyalar yumor və böyük yaradıcılıqla keçirilib. Təkcə ərəb dünyası deyil, Rusiya kimi ölkələrdə müxtəlif qrupların biri-birindən öyrənməsi yeni texnologiyanın nailiyyətidir. ”

Müasir diktatorlar da fəllardan öyrənir. Corc Vaşinqton Universitetindən Mark Linçin dediyinə görə, onlar sosial media, internet və SMS kimi eyni vasitələrdən istifadə etməklə müxalif qüvvələri susdurmağa çalışır. “Müxtəlif ölkələrin fəalları və rejimləri biri-birindən öyrənir.”

Linc Misiri misal göstərir. “Misirə baxın. Media fəalların təşkilatlanması, mesajların yayılmasına yardım edir. Hərbi rejim isə televiziya vasitəsi ilə təriqətlərarası düşmənçilik yayır. Xaos və sabitsizliyin dəhşətindən danışaraq, insanları inqilabdan çəkindirir.”

Mark Linçin dediyinə görə, Suriyada vəziyyət avtoritar rejimlərin insanları dəyişiklik qorxusu ilə yaşatdığına nümunədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG