Accessibility links

Braziliya mətbuatının bildirdiyinə görə, ölkənin baş prokuroru Ali Məhkəməni prezident Dilma Russefə qarşı istintaqa başlamağa çağırıb.

Braziliya qəzetləri baş prokuror Rodriqo Canota istinad edərək, onun dövlət orqanlarından Russef və onun sələfi və müttəfiqi Luiz İnasio Lula da Silvayla bağlı istintaq aparmağı tələb etdiyini bildirir. İstintaq zamanı əsas diqqət onların ikisi arasında gizli dinlənilən telefon danışıqlarına veriləcək.

Braziliyanın Globo News xəbər agentliyinin verdiyi məlumata görə, Russef Petrobras dövlət neft şirkəti ilə bağlı istintaqa maneələr törətməkdə şübhəli bilinir.

Dilma Russef artıq impiçmentlə qarşılaşır və 2014-cü ildə yenidən prezident seçilmək şasnlarını artırmaq üçün ölkə büdcəsində manipulyasiyalar etmək ittihamları əsasında vəzifəsindən uzaqlaşdırıla bilər.

Senatın bir neçə gün ərzində ötən ay parlamentin Nümayəndələr Palatasının Russefə qarşı istintaq başladılmasına dair irəli sürdüyü qətnamə ilə bağlı səs verəcəyi gözlənilir. Əgər Senat üzvlərinin əksəriyyəti bu qərarı təsdiqləsə, Russef vəzifəsindən uzaqlaşdırılacaq.

Təqsirli bilindiyi təqdirdə Russef son 20 ildə vəzifəsindən uzaqlaşdırılan ilk Braziliya lideri ola bilər. Russef ona qarşı irəli sürülən ittihamları rədd edib və impiçment icraatının gender diskriminasiyası olduğunu iddia edib.

Braziliya son illərdə ən cidd tənəzzül dövrünü yaşayır. Ölkədə Zika epidemiyasına qarşı mübarizə aparılır. Braziliya eyni zamanda dörd ay sonra Rio de Janeyroda keçiriləcək 2016 Olimpiya Oyunlarına hazırlaşır.

XS
SM
MD
LG