Accessibility links

ABŞ Federal Məhkəməsi Cənubi Karolina ştatının kilsəsində 9 nəfəri qətlə yetirən şəxsə öülüm cəzası hökmü çıxarıb.

22 yaşlı Dilan Ruf 2015-ci ildə afro-amerikalıların qətlində ötən ay günahkar bilinib.

10 qadın və 2 kişidən ibarət məhkəmə heyəti 3 saat davam edən müzakirələrdən sonra ölüm hökmü barədə qərar qəbul edib. Ölüm hökmü cəzası yekdillik tələb edir.

Öldürülənlərdən birinin qardaşı Malkolm Qraham deyib ki, hökm nifrət zəminində cinayətlərin qəbuledilməzliyinə mesajdır.

Ruf nifrət cinayətkarlığı da daxil edilməklə, 33 maddə üzrə ittiham edilib.

Prokurorluq onun irqi müharibə başlatmaq istədiyinə dair yazılar yazdığını bildirib.

XS
SM
MD
LG