Accessibility links

Daxili İşlər Nazirliyi aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib


DİN-nin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov

DİN-nin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov

Qarabağ əlili Bibiheybət məzarlığında torpağa tapşırılacaq

Dekabrın 25-də özünü yandıran və ötən axşam xəstəxanada dünyasını dəyişən Qarabağ əlili Zaur Həsənovla vida mərasimi keçirilir.

Zaur Həsənov dekabrın 29-da saat 14-də Bibiheybət məzarlığında torpağa tapşırılacaq.

Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb.

Daxili İşlər Nazirliyi Zaur Həsənovun vəfatı ilə bağlı aksiya çağırışı edənlərə xəbərdarlıq ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov AzNews.az-a açıqlamasında deyib ki, belə çağırışlar yolverilməzdir:

“Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər, qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də, bu aksiyanın qarşısı alınacaq”.

Facebook sosial şəbəsində Zaur Həsənovun ölümü ilə bağlı "event" yaradılıb. Həmin "event"də dekabrın 29-da Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyasına çağırış yerləşdirilib.

Zaur Həsənovun dekabrın 28-də axşam saatlarında vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Zaur Həsənov 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alındığına görə sui-qəsdə cəhd etdiyini deyirdi.

Veteran iddia edirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.
XS
SM
MD
LG