Accessibility links

DİN: Gürcüstandan gəlmiş azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib


DİN: Gürcüstandan gəlmiş azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib

DİN: Gürcüstandan gəlmiş azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib

Məlumata görə bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb

Daxili İşlər Nazirliyi iyulun 31-də baş tutan "Neftçi"-"Çixura" qarşılaşmasında Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına deyilir.

Məlumata görə onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb.

Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir.

Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

XS
SM
MD
LG