Accessibility links

Onlar Təhsil Nazirliyinin qarşısında məktəblərdə hicabın qadağan edilməsinin ləğvi tələbi ilə keçirilən etiraz aksiyasında polisə müqavimətdə ittiham olunub

Aprelin 22-də Nərimanov rayon Məhkəməsində Abbas Əliyevin sədrliyi ilə polisə müqavimət göstərməkdə və ictimai asayişi pozmaqda ittiham olunan bir qrup dindar haqqında hökm çıxarılıb. Onlar 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında məktəblərdə hicabın qadağan edilməsinin ləğvi tələbi ilə keçirilən etiraz aksiyası ilə əlaqədar həbs ediliblər.

Məhkəmə 8 nəfəri məhkum edib: Davud Kərimov, Telman Şirəliyev - 6 il, Tərlan Ağadadaşov, Anar Qasımlı, İlham Hətəmov və Rövşən Allahverdiyev – 5,5 il , Murad Quliyev və Ceyhun Quliyev - 5 il həbs.

Vəkil Mənsum Bayramov deyib ki, ittiham olunanların əksəriyyəti özlərini təqsirli bilməyib. Bəziləri təqsirlərini qismən etiraf edib. Vəkillər və məhbusların doğmaları hökmü sifarişli hesab edir.

Ümumilikdə sözügedən hadisələrlə bağlı 33 nəfər həbs olunub. Onların bir hissəsi də məhkəməyə çıxarılıb, digərləri isə hələ istintaq altındadır.
XS
SM
MD
LG