Accessibility links

Din xadimləri etiqada qarşı çıxanlara cəza tələb edir - Münasibətlər


Din xadimləri etiqada qarşı çıxanlara cəza tələb edir
Din xadimləri etiqada qarşı çıxanlara cəza tələb edir

Son günlər Azərbaycanda dindarlar arasında insident yaşanıb.

Son günlər yerli media Azərbaycanda dini təriqətlərarası istiqamətdə insidentlərin baş verdiyini yazır.

İslamazeri saytının məlumatına görə iyulun 5-də Bakının Müşfiqabad qəsəbəsində iftar zamanı bir neçə vəhabi bir qrup şəxsə hücum edərək onları döyüb.

Hücum edənlərin bir hissəsi saxlanılaraq Qaradağ Polis İdarəsinin 10-cu bölməsinə aparılıb.

Youtube saytında yerləşdirilmiş videoda isə Sabirabad rayonunda vəhabilərə qarşı zorakılıq halı qeydə alınıb.

Onlardan birinin saqqalını qırxıblar.

Qeyd edək ki, videoda bir qrup şəxsin saqqallı kişini döydüyü, sonra isə zorla qayçı ilə saqqalı kəsməyə başladığı görünür.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti youtube-da videogörüntüləri yayılan Sabirabadda vəhabiyə qarşı zorakılıqla bağlı bildirib ki, belə bir fakt olub.

Münaqişə iştirakçılarının adları müəyyən edilib. Zorakılığa məruz qalan şəxs Kürdəmir sakinidir, Sabirabadda yerli sakinlər onu yaxalayaraq, orada dini təbliğat apardığına görə cəzalandırmağı qərara alıblar.

DİN nümayəndəsi bildirib ki, münaqişə iştirakçılarının şəxsiyyətləri müəyyən edilib və fakt üzrə zəruri tədbirlər görüləcək. Eyni zamanda o qeyd edib ki, heç kim kimisə özbaşına cəzalandıra bilməz.

Ölkənin din xadimləri bu insidentlərə qarşıdır və zorakılıqda iştirak edən şəxslərin hüquqi çərçivədə cəzalandırılmasını istəyir.

“Bu addımı kim atıbsa şox ciddi səhv edib və həmin şəxs özbaşınalığa görə cəzasını almalıdır”, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Turan informasiya agentliyinə bildirib.

A.Paşazadə bu addımın daha çox təxribat xarakterli olduğunu deyib. "Hansı qüvvələr isə ölkədə daxili sabitliyi pozmaq istəyir. Ölkə daxilində məzhəbdaxili qarşıdurmalar yaratmağa qadir qüvvələr yoxdur. Ayrı-ayrı şəxslər arasında “kiçik söz-söhbət” ola bilər, amma bu elə şəxslər arasında məsələ kimi də qalacaq. Azərbaycanda geniş mənada dini tolerantlıq var, bu səbəbdən üzündən məzhəblərarası toqquşmaların baş verməsi mümkün deyil”, o qeyd edib.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin (DEVAM) rəhbəri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu baş verənləri Azərbaycanda ekstremist ideologiyanın tətbiqinə cəhd kimi qiymətləndirib. Bu məqsədlə sələfi təriqətinə mənsub qeyri-sabit insanları bu cür qeyri-adekvat hərəkətlərə sövq edirlər.

“Çox duyğulandım. Ürək ağrısı ilə bu səhnələri yaşadım. Baş verənlər - Azərbaycan insanının faciəsidir. Sovetlərdən sonra öz inancını normal yaşatmaq və təbliğ etmək imkanı verilməyən insanın faciəsidir. Bir ifratdan digər ifrata yuvarlanan Azərbaycan insanının faciəsi.

Son günlər İŞİD cinayətləri hamının ürəyini dağlayıb. Amma bu, qətiyyən əsas vermir ki, kim haradasa uzunsaqqallı insan görən kimi, onun saqqalını kəsmək vəzifəsini üzərinə götürsün”, o qeyd edib.

“Məşədi Dadaş” məscidi icmasının imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, insan əqidəsinə görə təqib obyekti ola bilməz.

“Azərbaycan hüquq dövləti olduğu üçün mübarizə də ancaq və ancaq hüquqi müstəvidə olmalıdır”, deyə Həsənli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG