Accessibility links

Dünya ölkələri Amerikanı insan haqlarını pozmaqda günahlandırır


ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il terror aksiyalarında sonra sorğu-sual metodlarının Av Evin istədiyi şəkildə həyata keçirdiyini bildirib.

Fox xəbər agentliyinə müsahibəsi zamanı Çeyni deyib ki, bu proqram hücumun məsuliyyətini daşıyanların ələ keçirilməsi və bu kimi hücumlara bir daha yol verilməməsi məqsədi daşıyırdı.

O, agentliyin Senatın hesabatından sonra təndiq deyil, tərifə layiq olduğunu bildirib.

Çeyni proqramda bəzi yanlışlıqlar olduğunu etiraf etsə də, rəsmilərin işgəncələrə yol verilməməsinə çalışdığını deyib.

ABŞ-ın sabiq vitse-prezidenti dindirilmə metodlarının gələcək hücumlara yol verilməməsində həyati mahiyyət daşıdığını deyib.

Bu arada, dünya ölkələri Amerikanı insan haqlarını pozmaqda günahlandırır.

Çinin Xarici İşlər Nazirliyi Amerikanı arbitrarlıqda ittiham edib.

Rusiya və Pakistan da tənqidlərə səs verərək, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin dindirilmə texnikasını beynəlxalq qanunlara zidd adlandırıb.

2009-cu ildə hakimiyyətə gələndən sonra proqramı ləğv edən ABŞ dövlət başçısı Barak Obama qanun pozuntularının böyük yanlışlıq olduğunu və bu yanlışlıqların təkrar olunmamasının vacibliyini vuğulayıb.

XS
SM
MD
LG