Accessibility links

Polislər Gürcüstan vətəndaşı Rizvan Həmidovun evinə reyd keçiriblər

Polis Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən kitablarla bağlı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində Gürcüstan vətəndaşı Rizvan Həmidovun evinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 159 ədəd kitab və 9 ədəd jurnal aşkar edərək götürüb.

Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Rayonun Lökbatan qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə sakinin evinə baxış zamanı oradan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab aşkar edilərək müsadirə olunub. Axtarış davam etdirilir.

Azərbaycan Konstitutsiyasına əsasən, "hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır." Əsas qanun "şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə" törədilməsini qadağan edir.

Eyni zamanda "insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır."

Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb.

ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verildiyi, lakin hökumətin xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin din azadlığını məhdudlaşdırdığı deyilir. “Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb,” hesabatda vurğulanır.

Hesabatda bəzi dini qrupların qeydiyyatdan keçməsi ilə bağlı problemlərin olduğu, hökumətin dini ədəbiyyatın ölkəyə gətirilməsi, paylanması və satışı ilə bağlı məhdiyyətlər tətbiq etdiyi göstərilir.

XS
SM
MD
LG