Accessibility links

Azərbaycanda din azadlığına dair sorğu keçirilib


Respondentlərin 62,1% ölkəni həmişəlik və ya müvəqqəti tərk etmək istəyir

ADAM Sosioloji Araşdırmalar Mərkəzi Azərbaycanda əhalinin sosial-siyasi vəziyyətini və dini azadlıqlar sahəsində problemləri araşdırmaq məqsədilə ümummilli sorğu keçirib.

Sorğu Hikmət Hacızadənin rəhbərlik etdiyi İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin vətəndaş cəmiyyətinin inkişafı üzrə araşdırmaları çərçivəsində baş tutub.

Sorğu 1 avqust - 1 sentyabr 2012-ci il tarixlərində 1000 nəfərin iştirakı ilə keçirilib.

Bu ümummilli sorğu Azərbaycanda neft gəlirləri ilə təmin olunan nisbi iqtisadi stabillik, ölkənin siyasi-mədəni həyatında önəmli yer almış Eurovision müsabiqəsi, siyasi və ictimai fəallara qarşı davam edən repressiyalar, həmçinin cəmiyyətin dünyəvi və dini seqmentləri arasında gərginliyin artdığı ildə aparılıb.

Anketə əhalinin sosial vəziyyətinə dair suallarından əlavə din azadlığına və həmçinin ölkənin xarici siyasətinə dair suallar daxil edilib.

Sorğu göstərib ki,
- respondentlərin 6,9% maddi vəziyyətlərindən məmnundur; 52,4% - qismən məmnundur; 30% - maddi çətinliklər yaşayır; 9,5% - böyük maddi çətinlikdə yaşayır.
- respondentlərin 62,1% ölkəni həmişəlik və ya müvəqqəti tərk etmək istəyir.
- respondentlərin 30% çoxdandı ət xörəkləri yemir və ya həftədə cəmi 1 dəfə ət yeyir.
- respondentlərin yalnız 48,8% su ilə tam təmin olunur, 42%-nə su fasilələrlə verilir; 9,2%-ə isə su ümumiyyətlə evlərinə verilmir.

- respondentlərin 42,3% hesab edir ki, ölkədə neft hasilatı bitəndə - ciddi böhran baş verəcək, ona görə ki, ölkə buna yaxşı hazırlaşmır; 17,8% - hesab edir ki, böhran olmayacaq; 25,9% - böhranın olub-olmaması barədə düşünmür, hesab edirlər ki “neftin bitməsinə hələ çox var və onun ömrünə yetəcək”.

- son 3 ildə respondentlərin 36,7% tez-tez rüşvət halları ilə rastlaşıb; 31.1% - nadir hallarda rüşvət verib; 26,6% - rüşvət verməyib.

- Azərbaycanda “Ərəb Baharına” bənzər dəyişikliklər lazımdır, çünki ölkə doğru istiqamətdə inkişaf etmir – 33,9%; ölkəyə “Ərəb Baharına” bənzər dəyişikliklər lazım deyil, çünki ölkə doğru istiqamətdə inkişaf edir – 35,1%; ölkə doğru istiqamətdə inkişaf etmir, ancaq “Ərəb Baharı”nı Azərbaycanda görmək istəmirik, çünki vətəndaş müharibəsindən və xaosdan çəkinirik – 14%.

- ölkədə dərin inanclı insanların faizi 17-19% səviyyəsinə qalxıb (FAR CENTRE 2004 sorğusu) və 2004-cü ildən bəri bu göstərici artmır. Respondentlərin yalnız 1% - ateistdir; 16,9% Allaha inanır və müntəzəm dini ayinləri yerinə yetirir; 19,7% - Allaha inanır, ancaq dini ayinləri vaxtaşırı yerinə yetirir; 61% Allaha inanır, ancaq dini ayinləri yerinə yetirmir.
- (Allaha inananların arasında) respondentlərin 13,7% istərdi ki, ölkə Şəriət qanunları ilə idarə olunsun; 23,2% - qismən Şəriət qanunları ilə idarə olunsun (məsələn ailə qanunvericiliyində); 52,2% - ölkənin Şəriətlə idarə olunmasını istəmir.

- 78,9% inanır ki, insan ölümündən sonra öz əməllərinə görə cənnətə yaxud cəhənnəmə düşəcək; 11,8% - buna inanmır.

- respondentlərin 50% ailə üzvlərinin başqa dindən olan şəxslə nikah bağlamasına (məsələn, müsəlmanın qeyri-müsəlmanla və s.) münasibəti ümumilikdə mənfidir; 48,8% belə nikahların bağlanmasına etiraz etməzdi.

- respondentlərin 12,3% hesab edir ki, qızlara, əgər onların valideynləri belə hesab edirsə, başları örtük məktəbə getmək icazə verilməlidir; 35,6% - icazə verilməlidir, əgər bu onların öz şüurlu seçimidir; 44,5% - qızlara başı örtülü məktəbə getmək icazə verilməməlidir.

- Respondentlər hər-hansı bir populyar və nüfuzlu dini liderin adını deyə bilməyib. 27,5% belə bir liderin olduğunu və 65% belə liderin olmadığını bəyan edib. Bunların arasında: Şeyxülislam A.Paşazadə - 2,4% (yəni 1000 nəfərdən onun adını yalnız 24 nəfər qeyd edib); R.T.Erdoğan (Türkiyənin baş naziri) – 1.2%; Ali Xameneyi (İranın dini lideri); Ayətulla Xomeyni – 0,9%; Ali Sistani (Şiələrin Böyük Ayətullası, İraq) – 0,5%; Hacı Sabir (Şeyxülislamın müavini) - 0,4%; Abdullah Gül (Türkiyənin Prezidenti) – 0,3%; Patriarx Kirill (Rus Pravoslav Kilsəsinin Başçısı) – 0,2%; Mənim ərim – 0,2%; qeyd olunun başqa isimlər hər biri 0,2%-dən az səs yığıb, bu da orta statistik səhv ölçüsündən aşağıdır.

- İslamçı siyasətçilərin siyasi potensialı (əgər dürüst seçkilər keçirilərsə) ilk dəfədir bizim tərəfimizdən ölçülür və bizə kifayət qədər yüksək görünür: respondentlərin 20% ali hakimiyyət orqanlarına seçkilərdə hipotetik islamçı namizədə səs verərdilər; 65,5% isə - səsi hipotetik dünyəvi namizədə verərdilər.

- respondentlərin 30,5% dini fəalların həbslərini pisləyir, çünki hesab edirlər ki, onların məhkəmə işləri quramadır; 18,1% - dini fəalları dünyəvi sistemə təhlükə görərək bu həbsləri alqışlayır; 40,1% - bu mənim işim deyil.

- Respondentlərin böyük əksəriyyəti İslamın təhqir olunmasını qınayırlar. İslamı təhqir edənlərə qarşı güc tətbiq etmək olar – 35,4%; onlara qarşı qanun tətbiq etmək lazımdır

– 29,8%; güc tətbiq etmədən onları ictimai qınağa məruz qoymaq lazımdır – 13,6%; onlara fikir vermək lazım deyil, Allah özü onların cəzasını verəcək – 17,6%; onları ümumiyyətlə cəzalandırmaq lazım deyil, çünki heç kim heç kəsin müqəddəs saydıqlarına sayğı göstərmək məcburiyyətində deyil – 1,3%.

- Azərbaycan daha yaxşı inkişaf edər: Avropa ölkələri və ABŞ –la – 41,9%; Rusiya və MDB ölkələri ilə - 26,7%; İslam ölkələri ilə - 17,4%; (2011-ci ildə gənclər arasında keçirilən sorğuda: Avropa və ABŞ-la – 42%; 2010-da – 40%; 2009 – 42% ); Rusiya və MDB - 17,5%; 2010 – 41%; 2009 – 44%); İslam dünyası ilə – 12%; 2010 – 8%; 2009 – 8%).

- Ən dost ölkə - Türkiyə, Rusiya ABŞ-dan daha populyardır, Fransa – heç populyar deyil. Dost ölkələr: Türkiyə - 80,7%; Rusiya – 39,3%; Gürcüstan – 26,6%; Ukrayna – 16,4%; İran – 8,1%; ABŞ – 7,9%; Pakistan – 5,5%; Böyük Britaniya – 4,9%; Almaniya – 2,8%; Çin – 0,5%; Fransa – 0,1% (Fransanı yalnız bir respondent qeyd etmişdir).

- Ən düşmən ölkələr: Ermənistan – 97,7%; İran – 32,9%; Fransa – 25,5%; ABŞ – 20,5%; Rusiya – 13,8%; İsrail – 7,0%; Gürcüstan – 2,3%; Böyük Britaniya – 0,7%; Vatikan – 0,3%; Türkiyə - 0,2%.

- Cəmiyyət İranın nüvə layihəsini izləyir və narahatdır: İranın nüvə silahı Azərbaycan üçün böyük təhlükə ola bilər – 56,2%; bizim üçün böyük təhlükə olmaz – 22,2%; bizim üçün heç bir təhlükəsi olmayacaq – 11,9%.

- Cəmiyyətdə etiraz ovqatı əhəmiyyətli səviyyədədir: respondentlərin 60% ölkədə vətəndaş azadlıqlarının naminə keçirilən etirazları dəstəkləyir; bu etirazları qınayanlar – 10%; bu mənim işim deyil – 25,4%.

- Cəmiyyətdə demokratik ovqat üstünlük təşkil edir: Azərbaycanın dövlət hakimiyyətinin gücləndirilməsində ehtiyacı var – 33,6%; hakimiyyətin ictimai nəzarət altına alınmasında ehtiyacı var - 53,3%.
XS
SM
MD
LG