Accessibility links

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhərinin Sabunçu, Nizami, Xətai, Nəsimi və Suraxanı rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 9 mağazada daha bir reyd keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, baxış keçirilən mağazalardan 8-nin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 421 dini təyinatlı ədəbiyyat, 13 ədəd DVD, 5 ədəd CD müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

XS
SM
MD
LG