Accessibility links

“Dinozavrlarla gəzinti” filmi - 3D texnologiyasi


Walking With Dinosaurs - 3D texnologiyası
please wait

No media source currently available

0:00 0:02:53 0:00
“Dinozavrlarla gəzinti” cizgi filmi əyləncə ilə elmi birləşdirir. Filmdə iştirak edən aktyorlar da qədim varlıqlar haqda çox şey öyrənməyə nail olublar. 3-D texnologiyası ilə çəkilən filmdə 70 milyon il bundan əvvəlki Alyaskada dinozavrlar dövründən bəhs edilir. Los-Ancelesin Milli Tarix Muzeyində bir aktyor nəhəng dinozavrı nümayiş etdirir. Muzeydə aktyor Con Leguizamo da daxil edilməklə, 3 kino ulduzu tamaşaçılarla görüşür.

Aktyor Lequizamo filmin yaxşı araşdırma apardığını deyir. Bəzi səhnələr Alyaskada lentə alınıb. Cizgiləndirilən dinozavrlar sırasında Pachyrhinosaurus adlı bitki yeyən heyvan var. Onlar milyonlarla il əvvəl sürü şəklində Alyaskanı dolaşardılar.

Filmin süjet xətti Pachyrhinosaurus-Pakirinoslar və sürünün başçısı Patçinin həyatı üzərində cəmləşib. Aktyor Lequizamo Aleks adlı canlını səsləndirir. “Mən steqozavr və ya brontozavr kimi nəhəng bir heyvanı səsləndirəcəyimi düşünürdüm, lakin mən çox qədim, Aleksornis quşunu səsləndirdim. Mən bu dərin, cingiltili səslər üzərində çox işlədim. Onlar Meksikadan olduqları üçün bunrada ispan ləhcəsi də mühüm idi.”

Aktrisa Tiya Sirkar qadın dinozavri səsləndirib. O, bu filmin arxasında elmin dayandığını deyir. “Mən orta məktəbdə oxuyarkən böyüyəndə arxeoloq və ya paleontoloq olmaq istəyirdim. Lakin bu, hələ baş verməyib.”

Aktyor Skayler Stoun isə Slouler adlı canlını səsləndirir. “Mən belə dinozavlar barədə eşitməmişdim. Sonra məlum oldu ki, onları elə indicə aşkar ediblər.”

“Dinozavrlarla Gəzinti” filmi BBC-nin populyar elm proqramlarına əsaslanır.

Los-Anceles Milli Tarix Muzeyinin Dinozavrlar İnstitutunun başçısı Lui Çappe bu filmin məsləhətçisi olub. O, bu tipli filmlərin uşaqlara bilik sahəsində yardım etdiyini deyir.
“Belə filmlər onlara muzeyə gəlib həqiqətlə tanış olmağa şövq edir. Beləliklə, onlar həm nəsə öyrənir, həm ruhlanır, həm də şənlənirlər.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG