Accessibility links

Azərbaycan xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirir


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev

Azərbaycan xarici ölkələrdə akkreditə olunan səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi üçün həmin ölkələrin daxili işlər orqanlarına müraciət edəcək

Ermənistan rəhbərliyinin aqressiv çağırışlarını və bunun Azərbaycan vətəndaşları üçün təhlükəli olduğunu nəzərə alaraq, Azərbaycan xarici ölkələrdə akkreditə olunan səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi üçün həmin ölkələrin daxili işlər orqanlarına müraciət edəcək. Trend agentliyinin məlumatına görə, bu barədə sentyabrın 3-də jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
"Bununla bağlı Azərbaycanın bütün səfirliklərinə müraciət olunacaq ki, onlar bu məsələ ilə bağlı daxili işlər nazirliklərinə məktublar göndərsinlər", - Abdullayev deyib.
O qeyd edib ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasında heç bir beynəlxalq qanunvericilik pozulmayıb. Ekstradisiya iki müstəqil ölkə arasında, onların qanunvericiliyinə əsaslanaraq atılmış bir addımdır.
"Ermənistan dövlətçilik baxımından etimadları doğrulmur, uğursuz bir dövlətdir və ona görə də isterikaya əl ataraq öz daxili ictimaiyyəti qarşısında hansısa dividentlər qazanmağa çalışır. Ermənistan həmin ölkədir ki, uşaq və qadınların ölümünə səbəb olmuş terrorçuları əfv edir", - mətbuat katibi bildirib.
Abdullayev əlavə edib ki, Rusiya bir həmsədr ölkə kimi məsələnin kökündə işğal faktının olduğunu bilməli və bütün səylərini bu işğalın sona çatmasına yönəltməlidir.
XS
SM
MD
LG