Accessibility links

Əyyub Quliyevin dirijorluğu ilə Polşa Dövlət Filarmonik Orkestrinin konserti olub (Audio)

  • Nərminə Cəlalqızı

Amerikanın Səsinə müsahibəısində Əyyub Quliyev konsertin möhtəşəm keçdiyini və dinləyicilər tərəfindən yüksək qiymətləndirildiyini dedi

Martın 9-da Polşanın Koşalin Filarmoniyasının böyük zalında azərbaycanlı dirijor, Arturo Toskanini adına Dirijorların Beynəlxalq Müsabiqəsinin qalibi, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarəsilə Polşa Dövlət Filarmonik orkestrinin konserti olub.

Polşada Stanislav Manyuşko adına filarmoniyada keçirilən konset barədə danışan Əyyub Quliyev Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin simfonik orkestr üçün yazdığı “Don Kixod” və “Yeddi gözəl” əsərlərindən parçaların ifa edildiyini dedi. O, polşalı dinləyicilərin musiqiçiləri ayaqüstə alqışladığını, konsertin möhtəşəm keçdiyini və dinləyicilər tərəfindən yüksək qiymətləndirildiyini dedi.

Əyyub Quliyev Qara Qarayevin əsərlərindən əlavə konsertdə dahi rus bəstəkarı Pyotr İliç Çaykovskinin məşhur instrumental və səhnə əsərlərinin yer aldığını bildirdi. Dirijor Çaykovskinin fortepiano və orkestr üçün 1 saylı konsertinin beynəlxalq müsabiqələr laureatı, polşalı Stanislav Cevitski tərəfindən ifa edildiyini dedi.

XS
SM
MD
LG