Accessibility links

Discovery şatlı Beynəlxalq Fəza Stansiyasına çatdı


Discovery şatlı Beynəlxalq Fəza Stansiyasına çatdı

Discovery şatlı Beynəlxalq Fəza Stansiyasına çatdı

ABŞ fəza şatlı Discovery Beynəlxalq Fəza Stansiyasına çatıb. Şatlın heyəti fəza gəmisinin üzərində işləmək üçün kosmosda gəzintiyə hazırlaşırlar. Ekipaj üzvləri Steve Bowen və Alvin Drew günün sonunda kosmosda gəzintiyə çıxacaqlar. Bazar ertəsi Bowen və Drew altı saat yarımlıq gəzintidə anbar funksiyası daşıyacaq xarici modulun yerləşdirilməsinə hazırlıq işləri aparıblar. Modul Leonardo Da Vinçinin şərəfinə “Leonardo” adlandırılıb. O, əlavə 70 kub metr karqo saxlanması və yeni eksperimentlər aparmaq üçün məkan olacaq.

XS
SM
MD
LG