Accessibility links

ABŞ-a məxsus Discovery fəza gəmisi dünən orbitə yollanıb. Mənzil Beynəlxalq Fəza Stansiyasıdır. NASA-nın sərəncamında olan üç şatldan ən qocamanı dünən Floridada yerləşən Kennedi Kosmos Mərkəzindən fəzaya qalxıb. 11 günlük səyahət zamanı altı astronavt Beynəlxalq Fəza Stansiyasına karqo, yerləşdirmə modulu və humanoid robot aparacaqlar. Kosmonavtlar həmçinin iki dəfə fəza gəzintisinə çıxmağı və elmi təcrübələr aparmağı planlaşdırırlar. 1984-cü ildə istifadəyə verildikdən bəri Discovery 230 milyon kilometr məsafə qət edib.

XS
SM
MD
LG