Accessibility links

Discovery kanalının aparıcısı: “Öz inkişafının ortasında olan bir Bakı gördüm”


Discovery kanalının aparıcısı: “Öz inkişafının ortasında olan bir Bakı gördüm”
Discovery kanalının aparıcısı: “Öz inkişafının ortasında olan bir Bakı gördüm”

Bu yaxınlarda Discovery Science kanalında yayımlanan Build It Bigger yəni “Daha nəhəng tik” proqramının aparıcısı və direktoru Danny Forster hazırladığı proqram barədə Amerikanın səsinə müsahibə verib. Proqramı hazırlamaq üçün iki həftəyə yaxın Bakıda qaldığını bildirən aparıcı şəhərin onu məftun etdiyini bildirir.

Sual: Azərbaycanlılar sizin Bakıda yeni, qeyri-adi tikililər barədə proqramınızı çox maraqla izləyiblər. Bilmək istəyərdik ki, Bakıdakı yeni tikililərə proqramınızda yer vermək fikri haradan gəlib?

Cavab: Built It Bigger proqramı üçün biz dünyadakı layihələrə nəzər salırıq: Serbiyada körpülər, Mumbayda hava limanları, Şanxayda çoxmərtəbəli binalar və ya Əbu-Dabidə mehmanxanalar. Biz həmişə bütün şəhəri dəyişən möhtəşəm layihələr axtarırıq. Bakıdakı layihə barədə öyrənəndə də buna şübhəmiz olmadı. Amerikalıların çoxu Bakı haqqında məlumatlı deyil.

Mən ilk dəfə memar Zaha Hədidin Heydər Əliyev mədəniyyət mərkəzinin binalarının ilk şəkillərini görəndə bunun real olduğuna, ən əsası isə 20 il əvvəl Sovet İttifaqının bir hissəsi olan bu ölkədə tikildiyinə inanmadım. Bu bizim üçün möhtəşəm mədəni tarixin inanılmaz memarlıq sənəti ilə ifadəsiydi. Bir çox amerikalı üçün sual bundan ibarətdir ki, Azərbaycan nədir? Bu bizə bir çox amerikalının haqqında heç bir şey bilmədiyi yer barədə söz açmaq imkanı verdi.

Sual: Bu tikintilər barədə məlumatları haradan əldə etmişdiniz?

Cavab: Baş ofisi Londonda olan İraq əsilli memar Zaha Hədid bizim ofisimizə zəng etdi və bir çox layihələrinin olduğunu bildirdi. O, layihələrdən birinin Bakı adlanan şəhərdə mədəniyyət mərkəzi olduğunu dedi. Mən Bakı və ya Azərbaycan haqqında çox da məlumatlı deyildim. Ancaq mən binanı gördüm. Bu binalar çox möhtəşəm idi və qərar verdik ki, Bakıya gedək.

Discovery kanalının aparıcısı: “Öz inkişafının ortasında olan bir Bakı gördüm”
Discovery kanalının aparıcısı: “Öz inkişafının ortasında olan bir Bakı gördüm”
Sual: Bakıya gedəndən sonra yeni inşaat işlərinin fonunda əsasən tarixin, yoxsa müasirliyin izlərini görürdünüz?

Cavab: Bakı çox məftunedici idi. Öz inkişafının ortasında olan bir Bakı gördüm. Bakıda həyat Sovet skeleti, mədəniyyət islam tarixi, gələcək isə neftin gətirdiyi imkanlar üzərində yaşayır. Bir sual ortaya çıxır ki, bu yer nədir? Bu açıq sualdır. Bir növ şəhər səndən bunu soruşur. İki istiqamət var: keçmişi başa düşmək və gələcəyin hələ tam bəlli olmadığı etiraf etmək. Bunlar bizi Bakıya cəlb edən aspektlər oldu.

Sual: Memarlıq baxımında sizi bu layihələr barədə proqram hazırlamağa cəlb edən nə idi?

Cavab: Mədəniyyət mərkəzinin binasının arxitekturası memarlıq baxımından çox mürəkkəbdir. Bir çox ölkələrdə gözəl görünüşlü binalar inşa edilir, ancaq bunun özəlliyi gözəlliyi ilə yanaşı, həm də mürəkkəb olmasındadır. Zaha Hədidin layihələrini inşa etmək asan deyir. Bunun üçün bütün dünyadan mütəxəssislər cəlb olunur.

“Alov qüllələri” göydələni Bakıda çox unikal layihədir, çünki, orada göydələn inşaatının tarixi, ənənəsi mövcud deyil. Sovet ənənəsinə uyğun olaraq binaların böyük əksəriyyəti qutuya oxşayan uzunsov çox da hündür olmayan tikililərdir. Bu binaların arasında yeni növ binanın inşası, hətta 3 binanın inşası və xüsusilə də bunların alov şəkilli göydələn olması bizə qəribə gəldi. Bunlar şəhərin memarlıq zövqünü dəyişən layihələrdir.

Sual: Bu üslüblu tikililərə dünyanın hər hansı başqa şəhərində rast gəlmişdinizmi?

Cavab: Bu növ tikili dünyada birinci dəfə inşa edilmir. İnsanlar ağlagəlməz binalar tikir. Bakıdakı binaları qeyri-adi edən bu göydələnlərin bu şəhərə tam uyğun olmasıdır. Sizcə bu göydələnləri götürüb Tokioda yerləşdirmək olar? Əlbəttə ki, xeyr. Çünki bu binaların strukturu, alovşəkilli olması və s. məhz Bakı üzərində dizayn olunub. Eləcə də, mədəniyyət mərkəzi. Müasir görünüşünə baxmayaraq, bu tikilinin də detallarına varsanız, Azərbaycanla bağlılığını açıq-aşkar görəcəksiniz.

Sual: Yenidən hər hansısa layihə üçün Azərbaycana, Bakıya getməyi düşünürsünüzmü?

Cavab: Bu göydələnlərin və mədəniyyət mərkəzinin açılışında çox olmaq istəyərdim. Onların həqiqətən də tam inşa edilib qurtardığının şahidi olmaq istərdim. O zaman Bakının yeni gələcəyinin yaxşı başlanğıc götürdüyünə əmin olacağam.

XS
SM
MD
LG